AZ

Plastik əməliyyatların artmasında valideynlər günahkardır?

Dünyada və Azərbaycanda plastik əməliyyatlar getdikcə populyarlaşır. 

Həkimlərin bildirdiyinə görə, buna səbəb bu sahədə informasiyanın çoxalmasıdır. Estetik əməliyyatlar niyə bu qədər dəbə mindi? Niyə insanlarda özünü, bədənini dəyişdirmək istəyi var? Bunun psixika ilə əlaqəsi varmı? 

Şüuraltı terapist, yaşam koçu Nərmin Hacıyeva  “Cebheinfo.az”-a bunun səbəblərini açıqlayıb. O bildirib ki, bəzi insanlar daxilən özünü dəyərsiz, yetərsiz hiss edir və diqqətləri öz üzərlərinə çəkmək istəyirlər:

“Bu insanlarda “görülmürəm, sevilmirəm, dəyərsizəm, özümü qəbul edə bilmirəm” şüuraltı proqramları var. Yəni özünü olduğu kimi qəbullanmır və düşünür ki, əməliyyat olunsa, daha gözəl olacaq, onu görəcəklər, sevəcəklər, dəyərli olacaq. Burada bir sual yaranır ki, bu duyğular həmin insanda haradandır ? Yəni o,  nə zaman özünü dəyərsiz hiss edib? Əksər hallarda bu sualların cavabı uşaqlıqda qazanılan travmalardır. Valideynlərindən yetəri qədər sevgi ala bilməyən uşaqlar böyüyüb o sevgini başqalarının “sevgi qırıntıları”nda axtarır, tərif eşitmək istəyirlər”. 

Nərmin Hacıyeva  deyib ki, bu psixoloji hal plastik əməliyyata gedən əksər insanlarda var:

“Sağalmaq üçün terapiyalara yox, əməliyyatlara gedirlər. Amma bu yanlışdır, özünüzlə üzləşin, sizi yalançı dəyərə, yalan sevgiyə sürükləyən addımları dayandırın. O sevgi içinizdədir, cöldə deyil. Canınızı riskə atmayın, sadəcə şüuraltını dəyişdirin ki, öz gözəlliyinizi görüb qəbul edəsiniz”.

Seçilən
8
cebheinfo.az

1Mənbələr