AZ

"Boston Consulting Group" nümayəndə heyəti BANM-da karyera imkanlarını müzakirə edib

“Boston Consulting Group” (BCG) şirkətinin işə qəbul üzrə baş meneceri Nilay Canbazoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.

“İki sahil” xəbər verir ki, BCG nümayəndələri BANM rektoru Elmar Qasımov ilə görüşərək, karyera imkanları, təcrübə proqramları, konsultasiya xidmətləri və praktiki biliklər haqqında məlumat veriblər.

Sonda tələbələr üçün xüsusi infosessiya təşkil edilib. BCG-nin təcrübəli işəgötürənləri və rəhbərliyi tələbələrə şirkət haqqında, işə qəbul prosesləri və iş mühiti haqqında ətraflı məlumat veriblər.

Seçilən
12
1
ikisahil.az

2Mənbələr