AZ

Azərbaycandan Türkiyəyə qardaş həmrəyliyi - Kahramanmaraş zəlzələsindən xatirələr

Bakı. Trend:

İki il əvvəl fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərininPazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentrieyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı dəhşətli ikizəlzələ baş verdi.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərləitkiyə səbəb olub. Rəsmi rəqəmlərə görə, zəlzələdə Türkiyədə 53 min537 nəfər həlak olub, minlərlə insan yaralanıb.

Bu çətin anlarda Azərbaycan həmişəki kimi qardaş ölkənin yanındaoldu. Türkiyəyə ilk yardım göndərən ölkələrdən biri ölkəmiz oldu.Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dövlətqurumlarımız səfərbər oldular.

Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya,Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetməəməliyyatlarında fəal iştirak edərək 53 nəfəri xilas edib,dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına təhvilveriblər.

Azərbaycan xalqı da öz əlindən gələn köməyi etdi. Bu şəkilqardaşlığın ən bariz göstəricisidir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevanın göstərişinə əsasən, Türkiyədə zəlzələqurbanlarına dəstək məqsədilə humanitar yardımlar göndərildi. Buyardımlar çərçivəsində müxtəlif dərman preparatları, tibbiləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlarvə.s avadanlıqlar çatdırıldı.

Azərbaycan qardaş ölkəyə təkcə zəlzələ zamanı köməkləkifayətlənmədi. Azərbaycan hökuməti zəlzələnin baş verdiyiKahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçünyeni məhəllə tikintisinə dəstək verdi. Belə ki, 2023-cü ilinsentyabrın 25-də Naxçıvan şəhərində imzalanan “AzərbaycanRespublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasındaTürkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları,ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsihaqqında Əməkdaşlıq Sazişi”nə əsasən, işlərin çoxu görülüb.

Belə ki, ötən ilin sentyabrında Türkiyənin Kahramanmaraşşəhərində yeni inşa edilən Azərbaycan məhəlləsindəki məktəbinaçılışı baş tutub.

“Azərbaycan” məhəlləsində ümumilikdə 1278 iki, üç və dördotaqlımənzillərin, həmçinin 826 ofis və ticarət obyektinin yerləşəcəyinibildirilib.

Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikintisilayihəsi çərçivəsində Azərbaycan hökumətinin icra hakimiyyətiorqanının təmsilçisi qismində Azərbaycan Mənzil İnşaatı DövlətAgentliyi (MİDA) çıxış edir. “Azərbaycan” yaşayış massivinin ümumisahəsi 32 (320) hektardır.

Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi AzərbaycanHökuməti tərəfindən inşa olunacaq. Hazırda tamamlama işləriaparılan yaşayış massivinin 11-ci və 12-ci məhəllələrininərazisində inşaat prosesi başa çatdırılıb, 7-ci və 8-ciməhəllələrin yerində isə bütün seysmik müqavimət tələbləri nəzərəalınmaqla yaşayış binalarının tikintisi davam etdirilir.

Göründüyü kimi zəlzələ bölgəsinin yenidən qurulmasındaAzərbaycan mühüm rol oynayır.

Bütün bunlar iki ölkə arasında dostluq və qardaşlıq bağlarınınnecə möhkəm olmasını göstərir.

Seçilən
12
14
az.trend.az

10Mənbələr