Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi kriminalistik tədqiqat proqramının satınalınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Mərkəzi proqram üçün 34 618 AZN xərcləməyi nəzərdə tutmuşdu.
Cabir Həsənov
Tarix: 4 Fevral 2025, 15:10