AZ

Elektron siqaret yanğına SƏBƏB OLDU

Alabama ştatından olan Suzanne Mance alış-verişdən sonra evə gedərkən elektron siqareti qucağında partlayıb. Bu, avtomobilin alışması ilə nəticələnib və qadın ağır xəsarətlər alıb.

News24.az xəbər verir ki, partlayış zamanı Suzanna əri Bobbi ilə telefonda danışıb. O, gurultu, sonra isə arvadının qışqırtısını eşidib.

Ayaqlarının yandığını hiss edən qadın magistral yolun kənarına çəkilib, maşından yerə tullanıb və yanan şalvarını çıxarıb.

Suzanna təcili xəstəxanaya çatdırılıb, həkimlər ona budlarının, cinsiyyət orqanlarının və omba nahiyəsinin geniş yanıqları diaqnozu qoyublar. O, dəri transplantasiyası da daxil olmaqla iki əməliyyat keçirməli olub.

Suzanne artıq siqaret çəkmir və başqalarını təhlükələri barədə xəbərdar edir.


Məryəm İlhamqızı


Seçilən
17
news24.az

1Mənbələr