AZ

Nəsimidə narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobil idarə edən 20 sürücü saxlanılıb

Bakı. Trend:

Bakının Nəsimi rayonunda narkotik vasitə və spirtli içkinintəsiri altında nəqliyyat vasitəsi idarə edən 20 sürücüsaxlanılıb.

Bu barədə Trend-ə Bakı şəhərDövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol PolisiŞöbəsinin əməkdaşları tərəfindən ötən ay həyata keçirilənprofilaktik tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildəpozan, narkotik vasitə, psixotrop maddə və spirtli içkinin təsirialtında avtomobil idarə edən, eyni zamanda yol polisinə tabesizlikgöstərən 20 sürücü aşkar edilib.

Həmin sürücülər barəsində toplanılmış materiallar məhkəməyəgöndərilib, onlardan beşi inzibati qaydada həbs edilib.

Məqalədə:
Seçilən
3
31
az.trend.az

10Mənbələr