AZ

Azərbaycan millisi Belarusda yoxlama oyunu keçirdi

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.

AFFA-dan Yenicag.az-a bildiriblər ki, U-19 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da baş tutacaq.

 

Seçilən
10
16
yenicag.az

10Mənbələr