AZ

"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 15 % artırıb

Bu ilin yanvar ayında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) təxminən 713 min sərnişin daşıyıb.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Son 1 ildə qatarla səyahət etmiş xarici turistlərin sayında isə 40 % artım qeydə alınıb.

Ötən ay bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5 355 nəfər sərnişin səfər edib.

Seçilən
7
7
report.az

8Mənbələr