AZ

Millimiz Belarusa məğlub oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçirilən təlim-məşq toplanışında ilk matçına çıxıb.

Oxu.Az xəbər verir ki, U-19 millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama matçı fevralın 6-da baş tutacaq.

Mənbə: oxu.az

Seçilən
18
7
oxu.az

10Mənbələr