AZ

Daha 4 KOB subyekti vergidən azad olunub

Yazını böyüt
Yazını kiçilt

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.

KOBİA-dan hafta.az-a bildirilib ki, iclasda KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 4-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

“Startap” şəhadətnamələri “Mobil mühasib” MMC-nin mühasibatlıq xidmətlərini avtomatlaşdıran mobil tətbiqi, “Performance Center” MMC-nin təhsil müəssisələrinin akademik və administrativ əməliyyatlarının idarəedilməsi üçün platforma və mobil tətbiqi, İDDO PSP MMC-nin İDDO sağlamlıq proqramının idarəedilməsi üçün onlayn platforması və YOLLAZ MMC-nin taksi xidmətinin təşkili üçün mobil tətbiqi layihələri üçün təqdim olunub.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-yə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Seçilən
21
16
hafta.az

10Mənbələr