AZ

Netanyahu ABŞ silahlarının İranın nüvə obyektlərinə hücum etməsini istəyir

Axios xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dan Pentaqonun İsrail ordusunu İranın nüvə obyektlərinə zərbələr endirmək üçün lazım olan silahlarla təmin edəcəyinə dair zəmanət istəyir.

Bu variantın “diplomatiya uğursuz olarsa” nəzərdən keçiriləcəyi bildirilir

Məsələnin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında gözlənilən görüşdə qaldırılacağı planlaşdırılır.

Tramp isə İranla hərbi ssenarini istisna edəcək razılaşma əldə etmək niyyətindədir.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın dəstəyi ilə İsrail tərəfindən İslam Respublikasının nüvə obyektlərinə hücum tarixin ən böyük səhvi olacaq.

DOĞRU.AZ

Seçilən
10
50
dogru.az

10Mənbələr