AZ

Uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün yeni proqram həyata keçirilir

Uşaqların gələcəyinin qorunması və onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə Yuvenal Ədliyyə Mərkəzi tərəfindən “Yuvenal Probasiya Sistemi və Penitensiar Xidmətdə Sosial-Psixoloji İşin Təşkili” proqramı həyata keçirilir.

QHT.az xəbər verir ki, proqram çərçivəsində qanunla münaqişədə olan və riskli davranışa meyilli uşaqlarla sosial-psixoloji reabilitasiya işləri aparılır. Məqsəd isə bu uşaqların yenidən cəmiyyətə qayıdışına yardımçı olmaqdır.

 Proqramın əsas istiqamətləri:

  • Cinayət törədən uşaqların cəmiyyətə reinteqrasiyası
  • Psixososial və hüquqi yardımın göstərilməsi
  • Yeniyetmələrin təkrar travmasının qarşısının alınması
  • Penitensiar müəssisələrdə adaptasiya dəstəyinin təmin edilməsi

Bu proqram çərçivəsində hər bir uşağın yeni bir başlanğıcadəstəyə ehtiyacı olduğu prinsipindən çıxış edilir. Yuvenal Ədliyyə Mərkəzi gələcək nəsillərin daha sağlam və təhlükəsiz bir mühitdə yetişməsi üçün fəaliyyətini davam etdirir.

Seçilən
10
qht.az

1Mənbələr