Bakı. Trend:
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlamaoyununu keçirib.
AFFA-dan Trend-ə verilənməlumata görə, U-19 Belarusun müvafiq yaş qrupundan ibarətkomandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablıqələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın6-da baş tutacaq.