Bu ilin yanvar ayında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 713 699 min sərnişin daşıyıb.
Newscenter.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.
Son 1 ildə qatarla səyahət etmiş xarici turistlərin sayı isə 40,3 % artaraq 2 123 olub.
Ötən ay bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5 355 nəfər sərnişin səfər edib.
Süleyman