AZ

Əməkdar artistdən TƏKLİF: “Bayağı müğənnilərə təmənnasız dərs deyərəm, onları elə oxutduraram ki…” – ÖZƏL

“Bayağı ifa edən müğənnilərin bir neçəsini tanıyıram. Çox gözəl səsləri var. Amma repertuarları bərbaddır. Mən hər zaman deyirəm ki, kim mənə müraciət edirsə, ona təmənnasız köməklik göstərməyə hazıram. Mən lap onlara dərs də deyərəm. Tək mənim istəməyimlə iş bitmir axı. Yetər ki, bunu onlar da istəsinlər. Onlar da mənim millətimin övladıdır da. Pulsuz-parasız onlara öyrədərəm. O mahnıların öz yeri olar, amma televiziyaya gələndə səviyyəli mahnılar oxuyarlar. Onlar tamaşaçılar tərəfindən böyük rəğbət qazana bilərlər. Onları elə oxutduraram ki, camaat mat qalar”.

Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. O daha sonra əlavə edib:

Əməkdar artistdən TƏKLİF: <span style=color:red>“Bayağı müğənnilərə təmənnasız dərs deyərəm, onları elə oxutduraram ki...” - ÖZƏL

“Televiziya bizim görən gözümüz, danışan dilimiz, eşidən qulağımızdır. Bizi qınayırlar ki, niyə televiziyalara çıxmırsız? Hara çıxım? Çox az veriliş var ki, özümə uyğun bilirəm. Televiziyalarda qayda-qanun olsa, kim nə oxuyacağını öncədən bilsə çox yaxşı olar. Hər televiziyanın senzurası olmalıdır. Mahnıya qulaq asılmalıdır, sonra efirə buraxılmalıdır. Yox əgər mahnı yararsız olsa, xoşluqla demək lazımdır ki, ay bacım, ay qardaşım sən get filan bəstəkardan oxu, sonra gəl. İndi buna nəzarət edən qurum yoxdur. Senzuradan keçməyən müğənniləri efirə buraxmaq olmaz. O vaxt müğənni efirə oxumaq üçün çıxırdı. Danışanlar alimlər, professorlar və dilçilər idi. İndi müğənni oxumaqdan başqa hər şeylə məşğuldur. Sizin vasitənizlə televiziyalara müraciət edirəm, təklif edirəm ki, şəxsən mən özüm bu işlə məşğul ola bilərəm” deyə sənətkar bildirib.

Əməkdar artistdən TƏKLİF: <span style=color:red>“Bayağı müğənnilərə təmənnasız dərs deyərəm, onları elə oxutduraram ki...” - ÖZƏL

Əməkdar artist efirlərdə hər kəsə sənətkar deyə müraciət edilməsindən də danışıb:

“Efirlərdə olanda aparıcılara öncədən tapşırıram ki, mənə qeyri-etik suallar verməyin. Mən onsuz da o suallara cavab verməyəcəm. Mənə musiqi dili ilə sual ver, mən də musiqi dili ilə cavab verim. Özüm də mənə uyğun olmayan verilişlərə getmirəm, heç onları izləmirəm də. O dəqiqə kanalı dəyişirəm. Yaşımın artıq elə dövrüdür ki, əsəblərim dözmür. Burada aparıcıların da günahı var.

Əməkdar artistdən TƏKLİF: <span style=color:red>“Bayağı müğənnilərə təmənnasız dərs deyərəm, onları elə oxutduraram ki...” - ÖZƏL

Bayağı ifaçıları efirə dəvət edib, bəh-bəhlə sənətkar deyə müraciət edirlər. Olmaz! Bu yaşımda, sənətimin 52-ci ildönümündə mənə sənətkar deyə müraciət edəndə utanıram, xəcalət çəkirəm. Deyirəm ki, mən peşəkar müğənniyəm. Çünki Arif Babayev, Zeynəb Xanlarova, Flora Kərimova, Nisə Qasımova hələ ki, həyatdadır. Sənətkar sözü böyükdür. Onun altında dayanmaq o qədər ağırdır ki” deyə müğənni bildirib.

Əli Əsgər

Seçilən
12
1
medianews.az

2Mənbələr