AZ

Goranboyda 65 yaşlı kişini avtomobil vuraraq öldürüb

Goranboyda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü M. Bayramovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
5
avtosfer.az

7Mənbələr