AZ

“Ukrayna NATO-ya qoşulmasa, nüvə silahı verin” – Zelenski


“Ukrayna NATO-ya üzv olmasa, nüvə silahı təhlükəsizliyin kifayət qədər qarantiyası ola bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.
Jurnalist Zelenskidən Ukraynanın Rusiya Prezidenti Vladimir Putini növbəti hücumdan çəkindirməyə imkan verəcək təhlükəsizlik zəmanəti kimi nələri nəzərdə tutduğunu soruşub.
Zelenski cavab verib ki, Ukraynanın NATO-ya qəbulu illər və ya onilliklər çəksə, onun ədalətli sualı var:
“Bu yolda bizi bu bəladan nə qoruyacaq? Hansı dəstək paketi? Hansı raketlər? Bizə nüvə silahı verəcəklər? Onda bizə nüvə silahı versinlər. Bizə elə miqdarda raket verəcəklər ki, Rusiyanı dayandıra bilək? Bu barədə əmin deyiləm, amma bunun kömək edəcəyini düşünürəm. Əks halda Rusiyanın nüvə raketlərini hansı raketlər dayandıra bilər? Bu ritorik sualdır. Beləliklə, gəlin bunu belə edək: bizə nüvə silahlarını qaytarın, raket sistemləri verin, tərəfdaşlarımız milyonluq ordunu maliyyələşdirməyə kömək edəcək, kontingentinizi ölkəmizin sabitlik istədiyimiz bölgələrinə köçürün ki, insanlar sülh içində yaşasın.
Əgər Ukrayna NATO-ya daxil olmasa, o zaman Putin bizim ərazimizi tamamilə tərk etməlidir, Bundan sonra Kiyev bütün itkilərin maliyyə kompensasiyası məsələsini qaldıracaq.
Seçilən
4
50
yeniavaz.com

10Mənbələr