Bu gün "Gənclərbirliyi" klubunun baş direktoru Əli Ekbər Düzgün akademiyanın oyunçusu Baran Yıldızın İngiltərənin "Nyukasl Yunayted" komandasına transfer olunduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı mərkəz oyunçusunun gələcəyi parlaq görünür. "Nyukasl"a transfer olan 18 yaşlı Baran Ankara şəhərində anadan olub. Futbola "Gənclərbirliyi" komandasında başlayıb. Gənc futbolçu, gələcək vəd edən futbolçu kimi görülür.

Qeyd edək ki, İngiltərə təmsilçisinə keçən futbolçunun "Nyukasl Yunayted"lə uzunmüddətli müqvilə imzaladığı bildirilir.