AZ

Saleh Məmmədovun müavinlərinin sayı ÇOXАLДDI – Prezidentdən fərman


Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nin 4.3-cü bəndinin ikinci cümləsində “üç” sözü “dörd” sözü ilə, “iki” sözü “üç” sözü ilə əvəz edilib.

 

Bildirək ki, sözügedən maddə agentliyin rəhbərliyi haqdadır. 

İdarə Heyətinin tərkibi 3 (yeni dəyişiklikdə dörd) nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki müavinindən (yeni dəyişiklikdə üç) ibarətdir.

Bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini sədri Saleh Məmmədovdur.


Seçilən
5
1
nuh.az

2Mənbələr