AZ

ABŞ qanunsuz miqrantların ilk qrupunu “Quantanamo” hərbi bazasına deportasiya edib

Bakı, 5 fevral, AZƏRTAC

ABŞ-dan qovulmuş qeyri-qanuni miqrantlar Amerikanın Quantanamo (Kuba) hərbi bazasındakı təcridxanaya gətirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin sözçüsü Karolin Levit bildirib.

"Biz daha ABŞ-ın qlobal qeyri-qanuni immiqrasiya yuvasına çevrilməsinə icazə verməyəcəyik", - deyə o qeyd edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın miqrantların yerləşdirilməsi üçün “Quantanamo”da 30 min nəfərlik müəssisənin hazırlanmasına başlamaq barədə göstəriş verdiyi bildirilirdi.

Seçilən
10
2
azertag.az

3Mənbələr