AZ

Kadinin transferinin detalları: Romao getdi...

Xəbər verdiyimiz kimi, “Qarabağ” bu qış ilk transferi həyata keçirib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Ferensvaroş”da (Macarıstan) oynayan sabiq futbolçusu Kadi Borgesi heyətinə qatıb. Braziliyalı futbolçu artıq Bakıdadır.

Onunla 4 illik müqavilə imzalanacağı gözlənilir.

“Qarabağ” Kadinin əvəzində “Ferensvaroş”a futbolçusu Julio Romanonu göndərib. Yəni yeni transfer Kadi ilə Romao dəyişdirilib. Artıq "Qarabağ"ın düşərgəsini tərk edən Romao hazırda Macarıstandadır.

Qeyd edək ki, Kadi 2023-cü ilin yanvar ayında “Qarabağ”dan Rusiyanın “Krasnodar”a, 2024-cü ilin yayında isə “Krasnodar”dan “Ferensvaroş”a transfer olunub.

O, bu mövsüm Budapeşt klubu ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.

Seçilən
5
1
axar.az

4Mənbələr