AZ

Yens Stoltenberq Norveçin maliyyə naziri təyin edildi

Bakı. Trend:

NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq, Norveçin Baş naziriYonas Qar Störenin yeni hökumətində maliyyə naziri vəzifəsinə təyinedilib.

Trend xəbər verirki, bu təyinat gözlənilməz olub və Mərkəzi Partiyanın hakimkoalisiyadan ayrılması nəticəsində yaranan siyasi böhran fonundabaş verib.

Böhran, Avropa İttifaqının qəbul etdiyi 4-cü enerji paketi iləbağlı yaranan fikir ayrılıqları səbəbindən baş verib. Nəticədə,maliyyə naziri Trüqve Slaqsvold Vedum, müdafiə naziri Byörn ArilQram və ədliyyə naziri Emili Enqer Mel də daxil olmaqla əsasnazirlər istefa veriblər.

Yonas Qar Störe təcili olaraq yeni hökuməti formalaşdırıb. Əsasdəyişikliklərdən biri, Tore Onşus Sandvikin müdafiə nazirivəzifəsinə təyin edilməsidir.

Beləliklə, İşçi Partiyası azlıq hökumət statusunda hakimiyyətdəqalır, bu isə onun mövqeyini zəiflədir və qərarların qəbul edilməsiprosesini çətinləşdirir.

Seçilən
31
5
az.trend.az

6Mənbələr