AZ

Meksika həbsxanasında iğtişaş zamanı 7 nəfər ölüb

Bakı, 5 fevral, AZƏRTAC

Tabasko ştatının Villahermosa şəhərində həbsxanada baş verən iğtişaşda 7 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

“Tabasko Dövlət Sosial Reinteqrasiya Mərkəzində baş verən hadisələrlə bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

Hadisə məhbusun qaçmağa cəhdindən sonra baş verib.

Seçilən
11
2
azertag.az

4Mənbələr