BakınınZığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlarda sürət həddi endirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, bu addım küləkli hava şəraiti ilə bağlıdır.
Bu səbəbdən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saatadək endirilib.
Müəllif: Teleqraf.com