AZ

Bu gün “Neftçi” "Kəpəz"lə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları start götürəcək.

Teleqraf.com xəbər verir ki, ilk oyun günü iki qarşılaşma baş tutacaq.

Günün maraqla gözlənən görüşü Tovuzda “Kəpəz”lə əzəli rəqibi “Neftçi” arasında olacaq. Digər oyunda “Sumqayıt” güclü rəqibi “Sabah”la səfər görüşündə sərfəli nəticə qazanmağa can atacaq. Mərhələnin digər iki qarşılaşması sabah baş tutacaq.

5 fevral

“Kəpəz” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu, 16:00

“Sabah” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bank Respublika Arena”, 18:30

6 fevral

“Araz-Naxçıvan” – “Zirə”

Hakimlər:, Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Liv Bona Dea Arena”, 16:00

“Səbail” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov

VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 18:30


Müəllif: Teleqraf.com
Seçilən
8
5
teleqraf.com

10Mənbələr