Bakı. Trend:
Bu gün İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light"markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,27 ABŞ dolları və ya 0,34% artaraq 78,42 dollar/bareltəşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,27 dollar və ya 0,35%bahalaşaraq 77,23 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,3 dollar və ya 0,48% azalaraq 62,57 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 0,29 dollar və ya 0,38%artaraq 77,05 dollar/barel təşkil edib.
Fevralın 5-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.