AZ

Makronun həyat yoldaşına kişi deyən jurnalistdən yeni İDDA

Makronun həyat yoldaşına kişi deyən jurnalist indi də onu məhkəməyə verəcək. 

Fransa prezidentinin həyat yoldaşı Bricit Makron-Tronyenin əslində kişi doğulduğunu iddia etməkdə təqsirli bilinən fransız jurnalist Nataşa Rey tezliklə ölkənin birinci xanımına qarşı hüquqi şikayət verəcək. AzPost xəbər verir ki, bu barədə vəkil Fransua Danqlean məlumat verib.

Danglean, şikayətin təkcə Brigitte Macron-Tronier-ə qarşı deyil, həm də qardaşı Jean-Michel Tronier-ə , onların vəkilinə və “mühakiməni saxtalaşdıran” üç hakimə qarşı yönəldiləcəyini açıqlayıb. Reyin vəkili də jurnalistin gələn həftə Rusiyadan siyasi sığınacaq üçün müraciət etmək niyyətini açıqlayıb.

Xatırladaq ki, Makronun həyat yoldaşına kişi deyən jurnalist Nataşa Rey və Amandina Roya qarşı məhkəmə prosesinin başlanması ötən ilin iyununda məlum olub. İş Bricitin həyatı ilə bağlı aparılan istintaqın köhnə videosuna görə başlayıb.

 

Seçilən
21
azpost.info

1Mənbələr