AZ

"Tramp Qəzzanı yenidən gözəlləşdirmək istəyir" - Marko Rubio

Qəzza zolağı yenidən “gözəlləşməlidir”.    Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio özünün X sosial şəbəkəsindəki səhifəsində ABŞ prezidenti Donald Trampın bu regiona nəzarəti ələ alması barədə danışmasından sonra bildirib. “Qəzza HƏMAS-dan azad olmalıdır. Prezidentin bu gün dediyi kimi, Birləşmiş Ştatlar rəhbərliyi bunu öz üzərinə götürməyə və Qəzzanı yenidən gözəlləşdirməyə hazırdır”.

Fevralın 5-də Tramp fələstinliləri oradan qonşu ölkələrə köçürdükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırdığını açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-nin regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib. Trampın planları ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub, onlar Trampın təkliflərini “qovma” adlandırıblar. Netanyahu, ABŞ prezidentini dəstəkləyərək, "qeyri-standart düşündüyünü və yeni fikirlər təklif etdiyini" söyləyib.

Seçilən
3
manset.az

1Mənbələr