AZ

“Siz İsrailin ən böyük dostusunuz”

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Netanyahu Trampın andiçməsindən sonra onunla görüşən ilk dünya lideridir.

"ABŞ Prezidenti Donald Tramp Ağ Evdə olan bütün prezidentlər arasında İsrailin ən böyük dostudur. Mən bunu əvvəllər də demişəm, yenə deyirəm. Siz Ağ evdə İsrailin indiyədək olan ən böyük dostusunuz", - deyə Netanyahu görüş zamanı bildirib.

Baş nazirin sözlərinə görə, məhz Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlar Yerusəlimi İsrailin paytaxtı kimi tanıyıb və Amerika səfirliyini bu şəhərə köçürüb.

Milli.Az

Seçilən
4
2
milli.az

10Mənbələr