AZ

Beynəlxalq Bankın həbsdə olan eks-mütəxəssisi azadlığa buraxıldı

Ali Məhkəmədə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qəbələ filialının sabiq nəzarətçi mütəxəssisi Qasım Əliyevin (şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilib və ona şərti cəza verilib. Qasım Əliyev azadlığa buraxılıb.

İttihama görə, Qasım Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-də nəzarətçi mütəxəssis vəzifəsində işlədiyi dövrdə bankın 75 432 manat məbləğində pul vəsaitinin mənimsəyib. Cinayət materiallarında qeyd edilib ki, onunla birlikdə ittiham edilən bank müdiri olmuş Valeh Nazimov (şərti) isə səhlənkarlıq edib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qasım Əliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilib və məhkəmə iclas zalında həbs olunub. Hökmə əsasən, Valeh Nazimov isə 3000 manat cərimə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.

Seçilən
6
2
tribunainfo.az

3Mənbələr