Tramp administrasiyası maksimum təzyiq səylərinin bir hissəsi olaraq “İran neftinin ixracını sıfıra endirmək məqsədi daşıyan” kampaniya keçirəcək.
QHT.az xəbər verir ki, Tramp İrana “maksimum təzyiqi” bərpa etmək üçün sərəncam imzalayıb. Ağ Ev bildirib ki, bu strategiya Tehranın öz nüvə silahına sahib olmasının qarşısını almaq üçün İranın neft ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün nəzərdə tutulub. Tramp əvvəllər keçmiş prezident Co Baydeni neft sanksiyalarına nəzarət edə bilməməkdə günahlandırıb və o, Tehrana nüvə proqramını və Yaxın Şərqdəki silahlı qrupları maliyyələşdirmək üçün neft satmasına icazə verdiyini demişdi.
Trampın memorandumu digər məsələlərlə yanaşı, ABŞ-ın maliyyə nazirinə İrana qarşı “maksimum iqtisadi təzyiq”, o cümlədən mövcud məhdudiyyətləri pozanlara qarşı sanksiyalar və onların həyata keçirilməsi mexanizmləri tətbiq etməyi tapşırır.
R.İmanov