AZ

Bakıda tanınmış yazıçının meyiti tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.
Oxu.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, onun meyiti dünən gecə saat 22 radələrində yaşadığı Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki evində tapılıb.
Belə ki, 1946-cı il təvəllüdlü Bəhram Nütvəli oğlu Mustafabəylinin meyitinin üzərində zorakılıq əlamətləri görünməyib.
Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, B.Çələbi kriminal mövzularda çoxsaylı kitabların müəllifidir. Onun kitabları son illərdə ölkədə ən çox satılan nəşrlər arasında olub.
Şəkidə anadan olmuş B.Çələbi bu rayonda uzun müddət müxtəlif vəzifələrdə çalışıb və 1980-1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. O, 1990-cı illərin sonunda Bakıya köçmüşdü.
Seçilən
41
50
oxu.az

10Mənbələr