“Fələstinlilərin Qəzzanı tərk etməkdən başqa alternativi yoxdur. İordaniya və Misir bölgədən olan qaçqınları qəbul etməlidir”.
Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.
Ağ Ev rəhbəri bildirib ki, qəzzalılar anklavı məmnuniyyətlə tərk edəcəklər.
"Qəzza razılaşması nəticə vermədi və heç vaxt işə yaramadı. Düşünürəm ki, onlar gözəl və təzə bir torpaq parçası almalıdırlar və biz onu qurmaq və zövqlü etmək üçün pul qoyacaq insanları tapacağıq", - deyə Tramp vurğulayıb.
Tramp qeyd edib ki, Qəzzadakı binalar yararsız vəziyyətdədir və hər yerdən atışma səsləri eşidilir.
Daşqın HəsənovMissiya.Az