AZ

48 nəfər dərmandan ZƏHƏRLƏNDİ-HESABAT

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib.

Bu barədə "Report"a KTM-dən məlumat verilib.

Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü dünyasını dəyişib:

"Şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, 5 nəfər botulizmdən, 3-ü spirtli içkidən, 1-i qidadan zəhərlənən şəxslərdir. Həmçinin 8 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən, 5 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə, 5 nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. "

Mərkəzdən verilən məlumata görə, ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb.


Seçilən
8
32
azia.az

10Mənbələr