AZ

“Döyüş meydanındakı silah və texnikanın 40%-i Ukrayna istehsalıdır” - Zelenski

“Bu gün döyüş meydanında istifadə olunan silah və texnikanın 40%-i Ukrayna istehsalıdır”.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalist “Piers Morqan”a müsahibəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, ABŞ-nin Ukraynanın müdafiə qabiliyyətinə töhfəsi 30%-ə çatır.

Zelenski qeyd edib ki, bu gün tərəfdaşların köməyi çox vacibdir.

“ABŞ-nin köməyi olmadan biz ərazilərimizi itirə bilərik. Amerika Birləşmiş Ştatlarının Ukraynanın müdafiə qabiliyyətinə və təhlükəsizliyinə töhfəsi bu gün 30%-ə çatır, təsəvvür etmək olar ki, bu 30% olmasaydı başımıza nələr gələrdi", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr