AZ

ABŞ BMT-nin bu təşkilatından çıxdı

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (“UNRWA”) və BMT-nin İnsan Haqları Şurasından çıxarılması barədə sərəncam imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, Tramp Ağ Evdə keçirilən imza mərasimində ölkəsinin beynəlxalq təşkilatlardakı rolu ilə bağlı yeni addım atıb.

Tramp ABŞ-nin UNRWA və BMT-nin İnsan Haqları Şurasından çıxarılmasına dair sərəncam imzalayıb.

İsrailin Qəzzada törətdiyi soyqırımı zamanı tez-tez gündəmə gələn və hətta respublikaçıların “bağlanmasını” tələb etdiyi UNRWA-ya qarşı yeni bir addım atan Tramp, ABŞ-nin artıq fələstinlilərə yardım etmək üçün yaradılmış qurumun bir hissəsi olmadığını bildirib.

Co Bayden administrasiyası daha əvvəl ABŞ-nin UNRWA-ya maliyyə ayırmasını dayandırmaq qərarına gəlmişdi.

Seçilən
11
cebheinfo.az

1Mənbələr