AZ

Son bir ildə Azərbaycanda 192 yeni bankomat quraşdırılıb

2025-ci ilin yanvar ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 304  ədəd təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Ümumi bankomatların 1 772-si Bakının, 1 532-si regionların payına düşüb.

İllik müqayisədə  ümumi bankomatların sayı 192 ədəd (6,2%), Bakı şəhəri üzrə 151 ədəd (9,3%), regionlarda isə 41 ədəd (3%) artıb.

Seçilən
3
fed.az

1Mənbələr