2025-ci ilin yanvar ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 304 ədəd təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Ümumi bankomatların 1 772-si Bakının, 1 532-si regionların payına düşüb.
İllik müqayisədə ümumi bankomatların sayı 192 ədəd (6,2%), Bakı şəhəri üzrə 151 ədəd (9,3%), regionlarda isə 41 ədəd (3%) artıb.