AZ

"İran mənə qarşı sui-qəsd edəcəyi təqdirdə məhv ediləcək" - Tramp

"İran mənə qarşı sui-qəsd edəcəyi təqdirdə məhv ediləcək".

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

"Hökumət Tehrana maksimum təzyiq göstərəcək. Mən göstərişlər vermişəm, əgər onlar bunu (sui-qəsd) etsələr, məhv ediləcəklər, heç nə qalmayacaq",-deyə o, bildirib. 

Qeyd edək ki, federal səlahiyyətlilər illərdir ki, İranın Tramp və digər administrasiya rəsmilərinə qarşı təhdidlərini üzə çıxarır. ABŞ-nin Ədliyyə Nazirliyi noyabr ayında İranın prezident seçkiləri öncəsi Trampı öldürmək planının qarşısının alındığını açıqlamışdı.

"AzPolitika.info"

Seçilən
5
2
azpolitika.info

3Mənbələr