AZ

"Bakı Fond Birjası"nın dövriyyəsi 5 dəfəyə yaxın artıb

Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 milyard 309,119 milyon manat təşkil edib.

“İki sahil” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,55 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 3,4 dəfə artaraq 3 189 olub.

BFB-nin dövriyyəsinin 95,7 %-i və yaxud 9 milyard 868,02 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 6,15 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 87 % azalaraq 65,881 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 2,4 dəfə artaraq 375,217 milyon manat olub.

Seçilən
5
6
ikisahil.az

10Mənbələr