Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,6 milyard manat təşkil edib.
FED.az barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu - 12,9 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 433 min manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 525,9 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 230,4 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.
Regionların adı | Cəmi | orta % | |
Azərbaycan Respublikası | 14,661,949 | 4.37% | |
Bakı iqtisadi rayonu | 12,954,353 | 4.23% | |
Abşeron-Xızı iqtisadi rayonu | 525,908 | 6.06% | |
Gəncə-Daşkəsən iqtisadi rayonu | 230,386 | 6.15% | |
Quba-Xaçmaz iqtisadi rayonu | 139,250 | 5.41% | |
Lənkəran-Astara iqtisadi rayonu | 126,429 | 5.43% | |
Şəki-Zaqatala iqtisadi rayonu | 123,185 | 4.56% | |
Qazax-Tovuz iqtisadi rayonu | 112,373 | 5.73% | |
Qarabağ iqtisadi rayonu | 88,230 | 4.94% | |
Naxçıvan iqtisadi rayonu | 70,965 | 3.96% | |
Şirvan-Salyan iqtisadi rayonu | 68,536 | 4.34% | |
Mil-Muğan iqtisadi rayonu | 49,990 | 3.47% | |
Dağlıq Şirvan iqtisadi rayonu | 44,555 | 5.07% | |
Şərqi Zəngəzur iqtisadi rayonu | 433 | 2.37% |