AZ

Julio Romao: "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram"

"Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram.

"Report"un məlumatına görə, bunu "Qarabağ"dan Macarıstanın "Ferentsvaroş" klubuna keçən braziliyalı futbolçu Julio Romao Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi "köhlən atlar"la vidalaşıb:

"Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim anlar üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Hər zaman sizi dəstəkləməyə davam edəcəyəm. Çox sağ ol, "Qarabağ". Çox sağ ol, Azərbaycan".

Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.

Seçilən
5
4
report.az

10Mənbələr