AZ

Paşinyan: Ankara ilə çox aktiv danışıqlar gedir

Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıb.

İNFOAZ.WS xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-a işgüzar səfəri çərçivəsində Atlantik Şurada çıxışı zamanı deyib.

“Əslində Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və biz daim əlaqə saxlayırıq. Xarici işlər nazirlərimiz hər zaman görüşür və danışır, nümayəndələrimiz daimi təmasdadır və çox fəal işləyirik və nə etmək lazım olduğuna dair ümumi fikir var. Ancaq təbii ki, bəzi nüanslar var və real nəticələr əldə etmək üçün müəyyən son addımlar lazımdır. Ümid edirik ki, nəticə çox tezliklə olacaq”, – o bildirib.

Seçilən
3
3
infoaz.ws

5Mənbələr