Hurriyyet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu Agentliyi"nə müsahibəsində ABŞ Prezidenti Donald Trmpın fələstinliləri Qəzzadan köçürmək ideyasının qəbuledilməz olduğunu söyləyib.
Nazir deyib: "Bu, qəbuledilməzdir. Axı, münaqişənin yaranma səbəbi də elə budur. Biz region ölkələrinin bu bəyanata reaksiyasını görürük".
Bəlli olduğu kimi, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Qəzza bölgəsinin sakinlərini müxtəlif ölkələrə, o cümlədən İordaniya və Misirə köçürmək fikrində olduğunu və köçün xərclərini Yaxın Şərq ölkələrinin çəkməli olduğunu söyləyib. Tramp Birləşmiş Ştatların Qəzza bölgəsini "nəzarət altına alacağını" və regionda gedən işlərin məsuliyyətini öz üzərinə götürəcəyini, lazım gələrsə, Vaşinqtonun Qəzzaya hərbçi göndərə biləcəyini deyib.
Hürr Tərcüman