AZ

ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb

"South China Morning Post" qəzetininxəbərinəgörə, məhdudiyyətin səbəbi və müddəti ilə əlaqədar ABŞ Poçt Xidmətindən açıqlama verilməyib.

"Bu addımın ABŞ Prezidenti Donald Trampın Çin malları üzrə tarifləri artırması ilə əlaqədar olub-olmadığı hələlik məlum deyil",- qəzet yazır.

Məhdudiyyət qərarı məktub və banderollara şamil olunmayıb.

Xatırladaq ki, fevralın 1-də Prezident Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının artırılması barədə müvafiq sazişlər imzalayıb. Beləliklə, Çindən idxal məhsullar üçün tarif 10%, Meksika üçün 25%, Kanada üçün isə 10-25% artırılıb. Öz növbəsində, Çin Vaşinqtonun "hücumuna" cavabən bu ölkənin neft və kənd təsərrüfatı üzrə texnikasına 10%, kömür və mayeləşdirilmiş qaza 15% rüsum qoyub.
ABŞ-Çin tarif müharibəsi Avropada birja indekslərini sarsıdır

ABŞ və Çin arasında başlayan bu "tarif müharibəsi", eyni zamanda, Avropada birja indekslərinə mənfi təsir göstərib. Belə ki, Avropanın "STOXX Europe 600" birja indeksi 0,3 faiz azalıb. Bir sıra şirkətlər, o cümlədən "Diageo","Vodafone" və "Embracer" ciddi zərərlə üzləşib.

Firudin Həmidli
AzVision.az
Seçilən
18
azvision.az

1Mənbələr