AZ

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqlənib - Prezident İlham Əliyevin FƏRMANI

Bakı. Trend:

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqlənib.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il noyabrın 11-də Bakı şəhərindəimzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyitərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti iləİqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları vəRəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan BirləşmişMillətlər Təşkilatı arasında Töhfə Sazişi” təsdiq edilib.

Fərmanın 1-ci hissəsində göstərilən Töhfə Sazişi qüvvəyəmindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyionun müddəalarının həyata keçirilməsini təmin etməli, AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyi Töhfə Sazişinin qüvvəyəminməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinəyetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildirişgöndərməlidir.

Seçilən
3
35
az.trend.az

10Mənbələr