Gənc futbolçular arasında 2027-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin adları dəqiqləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə birinciliyinin final mərhələsi Albaniya və Serbiyada təşkil olunacaq.
16 komandanın iştirakı ilə baş tutacaq AÇ-nın qarşılaşmaları Albaniyanın 4 (Tirana, Şkoder, Elbasan, Roqojina) və Serbiyanın eyni sayda şəhərində (Novi-Sad, Loznitsa, Leskovats, Zaeçar) reallaşacaq.
Xatırladaq ki, gənc futbolçular arasında builki AÇ Slovakiyada keçiriləcək.
Nihat