AZ

Kerem Aktürkoğluna PİS XƏBƏR

"Qalatasaray"dan "Benfika"ya transfer olan Kerem Aktürkoğlu sezona fırtına kimi başlasa da son həftələrdə performansında yaşanan düşdü.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk 11-dəki yerini Andreas Şhelderupa verən Aktürkoğlu daha bir şok yaşayıb.

Belə ki, "Benfika" "Braqa"da uğurlu çıxışı ilə diqqət çəkən, Türkiyə Superliqasında daha əvvəl "Qalatasaray" və "Fenerbahçe"də oynamış Brumanı 6 milyon avro qarşılığında heyətinə qatıb. Bu transferlə birlikdə Keremin mövqeyində artıq 3 futbolçu var.

Atdığı qollar və verdiyi asistlərlə Portuqaliyada manşetləri bəzəyən türkiyəli oyunçunun əsas heyətdəki yerinin təhlükəyə düşdüyü bildirilir.  Son oyunlarda baş məşqçi Bruno Laqe 20 yaşlı danimarkalı Andreası ilk 11-də oynatmağa başlayıb.\\milli.az


Seçilən
5
1
news24.az

2Mənbələr