AZ

“Gürcü Arzusu” müxalif deputatların mandatına vaxtından əvvəl xitam verilməsini dəstəkləyəcək

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası üç müxalif siyasi koalisiyadan olan deputatların mandatına vaxtından əvvəl xitam verilməsini dəstəkləyəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hakim partiyanın qərarını parlamentin iclasında çoxluğun lideri Mamuka Mdinaradze elan edib.

O qeyd edib ki, deputat mandatı müxalifət üçün şantaj vasitəsidir və iqtidar komandası bundan istifadəyə imkan verməyəcək.

Mdinaradze deputatlar arasında parlamentə daxil olmaq istəyənlərin olduğunu, lakin şantaj səbəbindən bu qərarı verə bilmədiklərini qeyd edib.

Qeyd edək ki, səsvermə parlamentin bu günkü sessiyasının gündəliyinə salınıb.

Seçilən
3
1
apa.az

2Mənbələr