ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 8 və 9 fevral tarixlərində əlavə qatar reysləri təyin edir.
Bu barədə “Qafqazinfo”ya ADY-dən məlumat verilib.
Qeyd olunub ki, eyni zamanda Bakı-Ağstafa-Bakı qatarlarında ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfərlər mümkündür.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, qurumun saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.